Binəqədi rayonu, Şah Abbas küçəsində aparılan tikinti işləri ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.
Tribuna.az-a bu barədə danışan sakinlərin sözlərinə görə, ərazidə əlavə tikinti işləri aparılır, müxtəlif inşaat materialları əraziyə gətirilərək toplanır.
Lakin tikintinin hansı əsaslarla həyata keçirildiyi, bunun üçün müvafiq icazələrin alınıb-alınmadığı barədə heç bir məlumat yoxdur.
Vətəndaşlar aparılan işlərin qanuniliyinin araşdırılmasını, tikintiyə hansı layihə və sənədlər əsasında icazə verildiyinin açıqlanmasını tələb edirlər. Onlar həmçinin ərazidəki tikintinin şəhərsalma və tikinti normalarına uyğunluğunun yoxlanılmasını istəyirlər.
Sakinlər Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevə və digər aidiyyəti qurumlara müraciət edərək əraziyə baxış keçirilməsini, mümkün qanun pozuntularının araşdırılmasını və nəticələrlə bağlı ictimaiyyətə məlumat verilməsini xahiş edirlər.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin və digər aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
Gülşən Rəsul









