Azərbaycan Prezidentinin keçmiş mətbuat katibi VƏFAT EDİB

Azərbaycan Prezidentinin keçmiş mətbuat katibi VƏFAT EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidentinin uzun illər mətbuat katibi vəzifəsini icra etmiş Səlahəddin Quliyev vəfat edib.

Modern.az xəbər verir ki, mərhum Səlahəddin Quliyev 1994-2004-cü illərdə Azərbaycan Prezidentinin mətbuat katibi və mətbuat katibinin müavini vəzifəsində işləyib.

Qeyd edək ki, S.Quliyev 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atan məşhur 91 nəfərdən biridir.

Səlahəddin Məlik oğlu Quliyev 26 mart 2004-cü il tarixində Azərbaycan Prezidentinin mətbuat katibinin müavini vəzifəsindən azad edilmişdi.

Mərhumun uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir.

Allah rəhmət eləsin.