Azərbaycan Memarlıq və İnşaat Universitetində
“Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovla görüş keçirilib.
Tribuna.az xəbər verir ki, tədbirdə Meliorasiya və Su Təsərrüfatı Tikintisi kafedrasının müdiri, professor Zakir Musayev, dosent Mansur Zərbəliyev və assistent Rahilə Mehtiyeva iştirak ediblər.
İsfəndiyar Axundov tikinti sahəsindəki uzunillik peşəkar təcrübəsini tələbələrlə bölüşərək onların suallarını cavablandırıb.
Görüşdən fotolar sosial şəbəkəkələrdə də paylaşılıb, görüş müzakirə və tənqid edilib.
İsfəndiyar Axundovun universitetdə professor və tələbələrlərlə görüşünü kimin təşkil etdiyi məlum deyil.
Xatırladaq ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Professor Gülçöhrə Məmmədovadır.
Gülşən Rəsul












