Azərbaycan klubu futbolçulara məğlubiyyət və heç-heçələrə görə MÜKAFAT VERDİ

Azərbaycan klubu futbolçulara məğlubiyyət və heç-heçələrə görə MÜKAFAT VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Premyer Liqanın autsayderlərindən olan “Şamaxı” klubunun rəhbərliyi “Səbail”lə səfərdə qazanılan 1 xala görə (0:0) futbolçularına mükafat paylayıb.

Kluba yaxın olan mənbənin verdiyi məlumata görə, bölgə təmsilçisi 11 tur ərzində qələbə qazana bilməsə də, komanda üzvləri artıq 5-ci dəfədir ki, mükafat alırlar.

Aktivində 4 xalı olan “Şamaxı” futbolçularına bütün heç-heçələrə görə 500 manat “premya” verilib.

Bundan əlavə, şamaxılılar Premyer Liqanın ilk turunda “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra da eyni məbləğdə mükafat qazanıblar.