AZƏRBAYCAN ƏLEYHİNƏ TƏBLİĞAT… DİPLOMATİYAMIZ FƏALLIĞI ARTIRMALIDIR… – POLİTOQDAN TƏKLİF

AZƏRBAYCAN ƏLEYHİNƏ TƏBLİĞAT… DİPLOMATİYAMIZ FƏALLIĞI ARTIRMALIDIR… – POLİTOQDAN TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqası Şurasının nazirlər səviyyəsində keçirilən iclasında iştirak edib. Ararat Mirzoyan ərəb dövlətlərinin nazirləri qarşısında Azərbaycan əleyhinə çıxış edib, Ermənistanın müsəlman aləmi ilə sıx əlaqələrindən danışıb. Ərəb nazirlərdən biri ona sual verməyib ki, Ermənistan İslam dininə bu qədər hörmət edirsə, Qarabağdakı məscidləri niyə dağıdıb?

Tribuna.az-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu bildirib ki, başqa suallar da aktualdır:
“Misir ev yiyəsi kimi Ararat Mirzoyanı toplantıya dəvət etdiyi halda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu niyə dəvət etməyib? Axı Misirin prezidenti Əbdülfəttah Əs-Sisi yanvar ayının sonunda Azərbaycana səfər etmişdi. Doğrudur, Ceyhun Bayramov fevralın 12-də Qahirəyə işgüzar səfər edib və orada Qoşulmama Hərəkatının sədri qismində Ərəb Dövlətləri Liqasının “Qüds şəhəri və onun əhalisinə dəstək” mövzusunda beynəlxalq konfransda iştirak edib. Ancaq Ərəb Dövlətləri Liqasının xarici işlər nazirlərinin toplantısında iştirak da vacibdir.

Azərbaycanla Ermənistan arasında informasiya savaşı da gedir. Ermənistan harda mümkündür Azərbaycan əleyhinə təbliğat aparır, dezinformasiyalar yayır. Diplomatiyamız fəallığı artırmalı, qonşu ölkənin manevr imkanlarını məhdudlaşdırmalıdır”.