AZƏRBAYCAN ƏLEYHİNƏ DÜZƏLİŞLƏR QƏBUL EDİLMƏDİ…

AZƏRBAYCAN ƏLEYHİNƏ DÜZƏLİŞLƏR QƏBUL EDİLMƏDİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Nümayəndələr Palatası ermənipərəst konqresmenlər tərəfindən 2023-cü maliyyə ili üzrə ölkənin müdafiə büdcəsi layihəsinə təklif olunan Azərbaycan əleyhinə düzəlişləri qəbul etməyib. 858 milyard dollarlıq müdafiə büdcəsini ehtiva edən Milli Müdafiə Səlahiyyət Qanunu – NDAA layihəsinə 350 nəfər səs verib.

Tribuna.az -ın məlumatına görə, ermənipərəst konqresmenlər – demokratlardan Adam Şiff, Frank Pellon, Cudi Çu və respublikaçılardan Qas Bilirakis sənədin lehinə səs veriblər.
Mövcud qaydalara əsasən, qanun layihəsi ABŞ Senatında da səsverməyə çıxarılaraq qəbul edilməli və daha sonra imzalanmaq üçün prezidentə təqdim olunmalıdır.
2023-cü maliyyə ili üzrə ölkənin müdafiə büdcəsi layihəsinə ermənipərəst demokrat konqresmenlərdən Robert Menendes və Aleks Padila tərəfindən iki, Ceki Şpeyer, Frenk Pellon, Adam Şiff və Toni Kardenas tərəfindən isə beş düzəliş təklif olunmuşdu.
Onlardan 682 və 724 saylı düzəlişlər ABŞ-nin Azərbaycana yardımlarına qadağa qoyulmasını özündə ehtiva edirdi.

Nigar

Tribuna.az