Azərbaycan çempionatında kuryoz hadisə – 6 əvəzəetmə etdilər

Azərbaycan çempionatında kuryoz hadisə – 6 əvəzəetmə etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan birinci divizonunun dünən keçirilən 8-ci turunda kuryoz olay yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə “Zirə-2” – “Mingeçevir” matçında baş verib. Meydan sahibi komanda 3:0 hesabı ilə qalib gəldiyi görüşdə qaydalara əsasən 5 yox, 6 əvəzetmədən istifadə edib. “Zirə-2” üç əvəzetməni 45+2, digər üçünü isə 46, 70 və 80-ci dəqiqələrdə həyata keçirib.

Çempionatın əsasnaməsinə görə, bu kobud qayda pozuntusu səbəbindən komandaya 0:3 hesablı texniki məğlubiyyət veriləcək. Bununla bağlı qərarı AFFA-nın İntizam Komitəsi növbəti iclaslarından birində verəcək.

Bu fakt görüşün protokolunda və hakim-inspektorun raportunda öz əksini tapıb.