“Turan Tovuz” rəhbərliyi baş məşqçi Ayxan Abbasovla bağlı qərarını açıqlayıb.
Tribuna.az klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, Qərb təmsilçisi 42 yaşlı çalışdırıcı ilə müqavilənin müddətini artırıb.
Belə ki, Abbasov daha 3 il Tovuz komandasının “sükanı arxası”nda olacaq.
Qeyd edək ki, Ayxan Abbasov mövsümün əvvəlindən “Turan Tovuz”da işləyir.









