ABŞ-ın Alyaska ştatında bir qadın və uşağı qütb ayısının hücumuna məruz qalıb.
Tribuna.az xəbər verir ki, hadisənin baş verdiyi kənddə ağ ayınınbir neçə nəfərin dalıyca düşdüyü, çox adama hücum etdiyi məlum olub.
Ayının hücum etdikləri arasında bir ana və azyaşlı uşağı da olub. Onların hücum nəticəsində öldüyü bildirlir.
Hadisədən sonra ağ ayı vətəndaşlar tərəfindən vurularaq öldürülüb.









