“AVARÇƏKMƏ YARIŞLARI TURİZM SAHƏSİNƏ TOHFƏ VERƏCƏK” – FƏRHAD ƏLİYEV

“AVARÇƏKMƏ YARIŞLARI TURİZM SAHƏSİNƏ TOHFƏ VERƏCƏK” – FƏRHAD ƏLİYEV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gələn il Türkiyədə dəniz avarçəkməsi üzrə dünya çempionatı keçiriləcək . Qardaş ölkədən bizi bu beynəlxalq yarışın təlim-məşq bazalarında iştirak etməyə dəvət ediblər. Türkiyəli həmkarlarımızla qarşılıqlı əməkdaşlıq edirik və təcrübələrimizi bölüşürük”.

Tribuna.az xəbər verir ki, bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) 2022-ci ilin yekunlarına dair hesabat konfransında bu təşkilatın baş katibi Fərhad Əliyev bildirib.

O qeyd edib ki, Avarçəkmə yarışları turizm sahəsinə töhfə verəcək. Turistlərin ölkəmizə cəlb edilməsi baxmından bu yarışların keçirilməsi əhəmiyyətlidir.

“Gələn il keçiriləcək yarışların təqvim planına baxıldıqdan sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının büdcəsinə yenidən baxıla bilər. Bu barədə qərar 2023-cü ilin yanvar ayında veriləcək.

Fransanın paytaxtı Paris şəhərində 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarını xatırladaraq bildirib ki, gələn il keçiriləcək yarışların əhəmiyyəti daha da artır.

Azərbaycan Milli Olimpiya Komitəsi ilə aparılan danışıqlar nəticəsində məşqçilər üçün seminarların keçirilməsi nəzərdə tutulub”, – deyə F.Əliyev bildirib.

Nihat Kərimli

Tribuna.az