ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani aprelin 10-13-də Ermənistan, Gürcüstan və Azərbaycana səfər edəcək, burada dövlət rəsmiləri və digər maraqlı tərəflərlə görüşlər keçirəcək.
Tribuna.az xəbər verir ki, bu barədə ATƏT-in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin səfərinin əsas məqsədi ATƏT, Azərbaycan, Gürcüstan və Ermənistan arasında əməkdaşlığın gücləndirilməsi, mövcud təhlükəsizlik çağırışlarının həlli və dialoq yolu ilə Cənubi Qafqaz regionunda sülh və sabitliyin təşviqi olacaq.









