Astara Rayon Polis Şöbəsinə yeni rəis müavini təyin olunub.
Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə polis kapitanı Orxan Novruzov bu vəzifəyə gətirilib. O.Novruzov buna qədər Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, Astara RPŞ-də müvafiq postu daha əvvəl polis polkovnik-leytenantı Vilayət Allahverdiyev tuturdu. O, ötən ay vəzifəsindən azad olunaraq Balakən RPŞ-nin tabeliyindəki Qabaqçöl Polis Bölməsinə rəis təyin olunub.









