“Argentinalılar dünya çempionatının qalibi olacaqlar” – Ronaldinyo

“Argentinalılar dünya çempionatının qalibi olacaqlar” – Ronaldinyo

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dostum Messi futbolçudan daha artıqdır. Final fitindən sonra mütləq onun yanına gedib təbrik etmək istəyirəm. Messinin Fransanı məhv edəcəyinə bir dəqiqə belə şübhə etmirəm”.

Tribuna.az xarici KİV-ə istinadən xəbər verir ki, “PSJ” və “Barselona”nın keçmiş hücumçusu Ronaldinyo dünya çempionatının finalında Argentina – Fransa matçı öncəsi danışıb.

O bildirib ki, hesab argentinalıların xeyrinə olacaq:

“Argentinalılar dünya çempionatının qalibi olacaqlar. Fransa qalib gələcəkmi? Xeyr, mən onlara qarşıyam”, – Ronaldinyo deyib.

Qeyd edək ki, 2022-ci il dünya çempionatının finalında Fransa və Argentina milli komandaları oynayacaq. Oyun dekabrın 18-i, saat 19:00-da başlayacaq.