ARAYİK HARUTYUNYANA “DƏLİLİK” DİAQNOZU QOYULUB: SEPARATÇIBAŞI AĞIR XƏSTƏDİR

ARAYİK HARUTYUNYANA “DƏLİLİK” DİAQNOZU QOYULUB: SEPARATÇIBAŞI AĞIR XƏSTƏDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Harutyunyanın səhhətində ciddi problem yaranıb. Tribuna.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Arayikə qoyulan diaqnoz isə olduqca maraqlıdır. Həmin məlumatda deyilir ki, baş separatçının psixoloji durumu olduqca ağırdır. Hətta vəziyyətini qeyri-kafi hesab edirlər. “Arayik Harutyunyanın son vaxtlar ağır psixoloji vəziyyətdə olduğunu artıq yaxın ətrafı da bilir. Davranışlarındakı qəribəlik, aqressiyasının nəzərəçarpacaq dərəcədə diqqəti çəkməsi də gizlədilmir. Hətta ətrafında olan adamlar da onun durumunun ağır olması səbəbindən ehtiyatlı davranırlar”.
Qəzet yazır ki, Harutyunyanın belə ağır psixoloji duruma düşməsi Ermənistan tərəfindən edilən təzyiqlərlə bağlıdır. “Ermənistan hakimiyyəti təzyiqləri dayandırmır. Harutyunyan isə onların bütün tələblərini yerinə yetirmək iqtidarında deyil”.

Tribuna.az