Antuan Kombuare: “Qarabağ”la oyun finala bərabərdir”

Antuan Kombuare: “Qarabağ”la oyun finala bərabərdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bunun final oyunu olduğu aydındır. İkinci yeri tutmaq istəyiriksə, mütləq “Qarabağ”a qalib gəlməliyik”.
Bunu “Nant”ın baş məşqçisi Antuan Kombuare Fransada “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan öncə mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis bütün zədəlilərin sıraya qayıtdığını bildirib: “Nitsa”ya qarşı çempionat matçındakı əhval-ruhiyyəni və oyun keyfiyyətini çox yüksək qiymətləndirirəm. Futbolçuların həmin görüşə yanaşmasını bəyəndim. Bu, hələ başlanğıcdır. Davamını növbəti oyunlarda gətirməliyik”.
Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək “Nant” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.