Mənim vicdanım təmizdir, mən cinayət törətməmişəm. Təhrif olunmuş faktla, heç bir hüquqi sübuta söykənməyən, əsassıs iddiham və mülahizələrlə ədalətsiz hökm edənlər və günahkarlar hüquqi cəzalandırılmalıdır!
Tribuna.az-ın məlumatına görə, bu sözlər hazırda həbsdə olan Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin və “bakutime.az”, “xalq.az” saytlarının rəhbəri Zaur Mirzəzadəyə məxsusdur.
O, Ali Məhkəmənin öz işi ilə bağlı ədalətli qərar verəcəyinə inandığını bildirib:
“Qanunvericiliyimizə kölgə salan məqamlar aradan qaldırılıb, ədalətsizliyin ədalətlə bərpa olunmasına, cəmiyyətdə cəzasızlıq prinsipinin yayılmaması, ədalət tərəzisinin nizamının tənzimlənməsi üçün Ali Məhkəmənin ədalətli qərar verəcəyinə inanıram”.
Xatırladaq ki, zərərçəkmiş Sultanəli Qurbanovun şikayəti əsasında Zaur Mirzəzadə və daha 4 nəfər barəsində cinayət işi başlanmışdı. Mayın 17-də onun barəsindəki dələduzluq ittihamı ilə bağlı cinayət işinə Bakı Apellyasiya məhkəməsində baxılmış, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Z.Mirzəzadə məhkəmə zalında həbs edilmişdi.
Ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib.
Nigar









