ALEKSEY BAQANIN YENİ KLUBU RƏSMİLƏŞDİ

ALEKSEY BAQANIN YENİ KLUBU RƏSMİLƏŞDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqanın yeni klubu müəyyənləşib.

Tribuna.az xəbər verir ki, o, Belarus “Şaxtyor”unun (Soliqorsk) baş məşqçisi təyin edilib. Bu barədə klubun saytı məlumat yayıb. Belaruslu mütəxəssislə 2 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Aleksey Baqa 2021-ci ildə “Şaxtyor”u çalışdırıb və komanda ilə Belarus çempionu olub.

Xatırladaq ki, ötən ilin dekabrında “Sumqayıt”a baş məşqçi təyin olunan Baqa bu ilin sentyabrında uğursuz nəticəyə görə istefaya göndərilib.