Türkiyənin ATV kanalında yayımlanan “Kim milyoner olmaq istəyir?” verilişinin Yeni ilə olan özəl buraxılışının qonağı məşhur aktyor Oktay Kaynarca olub.
Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor 1 milyon TL-lik (90 min AZN) suala kimi gəlib.
Lakin o, həmin sualı cavablandıra bilmədiyi üçün 400 min TL (36 min AZN) ilə verilişi tərk edib.
Həmin 1 milyon TL-lik sualı təqdim edirik:
Bu gün istifadə etdiyimiz təqvimə görə, 1582-ci il oktyabrın 4-dən sonra Roma sakinləri üçün hansı gün idi?
A) 5 oktyabr 1582-ci il
B) 15 oktyabr 1582-ci il
C) 5 noyabr 1582-ci il
D) 15 noyabr 1582-ci il
Belə ki, sualın düzgün cavabı B variantı olub.









