Bir dövrün sevilən “Arka Sıradakiler” serialında canlandırdığı Özgə obrazı ilə tanınan aktrisa Sevda Dalgıç uzun müddətdən sonra kameralara tuş gəlib.
Tribuna.az xəbər verir ki, türk mətbuatının məlumatına görə, aktrisa istirahət üçün getdiyi Bodrumda görüntülənib.
Paparassilərin obyektivinə tuş gələn Sevda Dalgıç çimərlikdə rahat görünüşü və təbii görüntüsü ilə diqqət çəkib.
Aktrisanın son görüntüləri sosial şəbəkələrdə də maraqla qarşılanıb və istifadəçilər onun illər keçməsinə baxmayaraq çox dəyişmədiyini bildiriblər.
Qeyd edək ki, Sevda Dalgıç 2007–2012-ci illərdə yayımlanan və gənclər arasında böyük populyarlıq qazanan “Arka Sıradakiler” serialında canlandırdığı Özgə obrazı ilə geniş tamaşaçı sevgisi qazanıb. Sonrakı illərdə ekranlardan nisbətən uzaq qalan aktrisa şəxsi həyatına üstünlük verib və mediada nadir hallarda görünür.
Bodrumdan yayılan son görüntüləri isə pərəstişkarlarının diqqətini yenidən onun üzərinə cəmləyib.
Gülşən Rəsul











