Polşanın xarici işlər naziri Radoslav Sikorskinin çıxışından sonra Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri və prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriev Aİ-nin yüksək rütbəli diplomatlarının təşviş içində olduğunu bəyan edib.
Tribuna.az xəbər verir ki, Gazeta.Ru-nun hərbi müşahidəçisi və istefada olan polkovnik Mixail Xodarenok bunun hər hansı əsasının olub-olmadığını və ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasının bununla nə əlaqəsi olduğunu araşdırıb.
Polşanın xarici işlər naziri Radoslav Sikorski yazıb ki, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev, Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və amerikalı milyarder İlon Mask Avropanı bölmək və istismar etmək istəyirlər. Sonra o, Avropanın nə etməli olduğunu soruşdu və iki variantı olan bir sorğu əlavə etdi: təslim olmaq və Avropanı yenidən möhtəşəm etmək.
“Aİ-nin yüksək səviyyəli diplomatları çaxnaşma içindədir. Aİ-nin yaratdığı problemləri həll edin: nəzarətsiz miqrasiya, artan cinayət, sənayesizləşdirmə, yüksək enerji qiymətləri, sürətlənən iqtisadi tənəzzül və geniş senzura. Avropa daha yaxşısına layiqdir. Avropanı yenidən möhtəşəm edin”, – deyə Dmitriyev X sosial şəbəkəsində yazıb.
Dəniz Pənahova









