AFFA “Sabah” – “Zirə” matçında baş verənlərlə bağlı qərar çıxardı

AFFA “Sabah” – “Zirə” matçında baş verənlərlə bağlı qərar çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Premyer Liqanın 10-cu turuna həsr olunmuş iclasında aşağıdakı qərarlar qəbul edilib:
“Şamaxı” – “Qəbələ” oyununda “Şamaxı” klubunun 23 nömrəli futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması səbəbi ilə “Şamaxı” klubu 3000 manat cərimə olunur.
“Sabah” – “Zirə” oyununda “Zirə” klubunun 91 nömrəli futbolçusu Çoşqun Diniyev oyunun 84-cü dəqiqəsində ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
“Sabah” – “Zirə” oyununda “Zirə” klubunun 91 nömrəli futbolçusu Çoşqun Diniyev oyunun 84-cü dəqiqəsində qırımızı vərəqə alaraq meydanı tərk etdikdən sonra stadionun giriş qapısının şüşəsini sındırdığı üçün 1 oyun cəzalanır, klub 2400 manat cərimə olunur.
“Sabah” – “Zirə” oyununda stadiondakı əmlaka “Zirə” klubunun 91 nömrəli futbolçusu Çoşqun Diniyev tərəfindən dəymiş zərər “Zirə” klubu tərəfindən stadion sahibinə kompensasiya edilsin.
“Sabah” – “Zirə” oyununda oyun bitdikdən sonra kənar şəxslərin meydana daxil olmasına görə “Sabah” klubu 1600 manat məbləğində cərimə olunur.
“Sabah” – “Zirə” oyununda “Zirə” klubunun azarkeşləri tərəfindən nalayiq və təhqiridici sözlərdən istifadə edildiyinə görə “Zirə” klubu 4000 manat məbləğində cərimə olunur.
“Kəpəz” – “Neftçi” oyununda yanğına qarşı yanğından mühafizə xidməti əməkdaşının oyuna gecikməsinə görə “Kəpəz” klubu 400 manat məbləğində cərimələnir.
“Kəpəz” – “Neftçi” oyununda əvəzetmə tablosunun oyunun gedişində işləməməsinə görə “Kəpəz” klubu 800 manat məbləğində cərimələnir.
“Kəpəz” – “Neftçi” oyununda “Kəpəz” klubunun 2 nömrəli futbolçusu Zamiq Əliyev oyunun 62-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.
“Kəpəz” – “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
“Turan Tovuz” – “Səbail” oyununda oyunun gedişində “Səbail” klubunun fotoqrafı meydana və VAR monitoruna çox yaxın durduğuna görə “Səbail” klubu 800 manat məbləğində cərimələnir.