ABŞ və İran danışıqlara hazırlaşır: Şərtlər məlumdur

ABŞ və İran danışıqlara hazırlaşır: Şərtlər məlumdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İran arasında vasitəçilərin yardımı ilə danışıqlar prosesi yenidən başlaya bilər.

Tribuna.az xəbər verir ki, tərəflər artıq bununla bağlı mövqelərini və təkliflərini açıqlayıblar.

“Əl-Hədəs” TV-nin məlumatına görə, İran ABŞ ilə danışıqlara hazır olduğu şərtləri və yerləri açıqlayıb. “İran danışıqların dayandırıldığı nöqtədən yenidən başlamağa hazır olduğunu bildirərək, Cenevrə, Doha və ya İslamabadda danışıqları davam etdirməyə hazır olduğunu təsdiqləyib.

İran əvvəlcə Hörmüz boğazı məsələsi, sonra dondurulmuş vəsaitlər, daha sonra isə nüvə məsələsi ilə bağlı danışıqların bərpasını tələb edir”.

ABŞ da danışıqlara hazır olduğunu, lakin bunun üçün məkanın önəm daşımadığını vurğulayıb. Ağ Ev şərtləri danışıqlar zamanı müzakirə edə biləcəklərini bildiriblər.

Qeyde edək ki, Qətər, Misir və Pakistanın vasitəçiliyi ilə danışıqların bərpası və 10 günlük atəşkəs elan edilməsi təklif olunub. ABŞ bunun ardından İrana qarşı hərbi əməliyyatı dayandırıb.

Fərda Uğur