ABŞ Ordusu İrana qarşı 12-ci zərbə dalğasının hesabatını verdi

ABŞ Ordusu İrana qarşı 12-ci zərbə dalğasının hesabatını verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Mərkəzi Komandanlığı İrana qarşı növbəti zərbə dalğasını yekunlaşdırdığını açıqlayıb.

Tribuna.az Komandanlığın X səhifəsindəki paylaşıma istinadən xəbər verir ki, bu, iyulda İrana endirilən 12-ci ardıcıl zərbə dalğasıdır.

Bildirilir ki, zərbələr “dəniz obyektləri, raket və pilotsuz təyyarələrin saxlanma yerləri, sahil müşahidə məntəqələri və hava hücumundan müdafiə obyektləri daxil olmaqla İranın hərbi hədəflərini” hədəfə alıb.
İran dövlət televiziyası yerli hakimiyyət orqanlarına istinadən ABŞ-ın İran və İraq arasındakı Şalamçeh sərhəd keçid məntəqəsinə endirdiyi zərbə nəticəsində ən azı iki nəfərin öldüyü, 11 nəfərin yaralandığına dair məlumat yayıb. Onların sözlərinə görə, keçid məntəqəsində əməliyyatlar davam edir və yaralılara yerində tibbi yardım göstərilir.
Fars xəbər agentliyinin məlumatına görə, İranın iki şəhərində bir sıra partlayışlar baş verib və hərbi obyektə zərbə endirilib.
Agentliyin məlumatına görə, Endimeşk və Buşehr şəhərləri gecə ən azı iki dəfə hücuma məruz qalıb. Hücum Buşehrdəki İran hərbi obyektini hədəf alıb.