MKİ rəhbəri Səudiyyəyə gizli səfər edərək İran problemini müzakirə edib.
Tribuna.az CNN-ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bu həftə Səudiyyə Ərəbistanına qəfil səfər edib.
MKİ direktoru terrorizmlə mübarizə kimi sahələrdə əməkdaşlığa sadiq olduğunu bildirib.
Eyni zamanda, Börns kəşfiyyat həmkarları və ölkə liderləri ilə ortaq maraq doğuran məsələlərlə bağlı da görüş keçirib.
“Wall Street Journal”ın məlumatına görə, Börns Çinin vasitəçiliyi ilə Ər-Riyad və İran arasında münasibətlərin normallaşmasını müzakirə edib.









