ABŞ-da bu dəfə də şiddətli yağış və fırtına 14 nəfərin ölümünə səbəb olub.
Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya əyalətində şiddətli yağış və şiddətli fırtına səbəbiylə 14 nəfər həyatını itirib, 10 minə yaxın adam üçün təxliyə əmri verilib.
Karpinteriya bölgəsindəki Montecito, Toro Kanyonu, Sycamore Kanyonu və Padaro Lane sakinlərinə dərhal yaşayış yerlərini boşaltmağı əmr edib. Sakinləri daha yüksək yerə getməyə çağırarkən Santa Barbarada evakuasiya mərkəzi yaradılıb.Milli Meteoroloji Xidmətdən verilən açıqlamada, xüsusilə Kaliforniyanın cənubunda fırtına və güclü yağış ehtimalının bu gün də davam edəcəyi bildirilib.
ABŞ prezidenti Co Bayden ştatda fırtınalar, küləklər və yağışlar səbəbindən yanvarın 8-də fövqəladə vəziyyət elan edilməsini təsdiqləyib.Xatırladaq ki, ABŞ-ın şimali qərb sahillərində də fasiləsiz yağan güclü qar və hava hərarətinin kəskin düşməsi səbəbindən evlər buz bağlamış, elektrik verilişi dayanmışdı. Şaxta səbəbindən 60-a yaxın insanın həyatını itirdiyi deyilirdi.
Tribuna.az









