ABŞ HƏRBİ GƏMİSİ QANUNSUZ OLARAQ ÇİN SULARINA DAXİL OLDU

ABŞ HƏRBİ GƏMİSİ QANUNSUZ OLARAQ ÇİN SULARINA DAXİL OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın “Arleigh Burke” sinfinə aid idarəolunan raket esminesi USS Milius Cənubi Çin dənizindəki Meidzi rifi yaxınlığında qanunsuz olaraq Çin sularına daxil olub.

Tribuna.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Cənub Teatr Komandanlığının sözçüsü məlumat verib.

“Aprelin 10-da USS Milius idarəolunan raket esminesi Çin hökumətinin icazəsi olmadan Çinin Nanşa adaları yaxınlığındakı Meyji rifi ətrafındakı sulara qeyri-qanuni şəkildə daxil olub”, – Çin Mərkəzi Televiziyasında bildirilib.

Cənub Teatr Komandanlığı dəniz və hava qüvvələrinə ABŞ hərbi gəmisini izləməyi əmr edib, Tian Junli əlavə edib. “Çin Cənubi Çin dənizindəki adalar və onun ətrafındakı sular üzərində mübahisəsiz suverenliyə malikdir və Cənubi Teatr Komandanlığının qüvvələri həmişə yüksək hazırlıq vəziyyətindədir”, – sözçü qeyd edib.

Çin ordusu Tayvan adası ətrafında gərginliyin artması fonunda ərazidə ABŞ-ın idarə olunan raket esminesini aşkar edib.

Qeyd edək ki, Çinin Şərq Teatr Komandanlığı daha əvvəl 8-10 aprel tarixlərində Tayvan boğazında təlimlərin keçirildiyini açıqlamışdı.