Oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəliyimiz tərəfindən dərhal ABŞ müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib.
Bu, son dövrlərdə səfirlikərimizə qarşı törədilən neçənçi təxribat xəbəridir. Təxribatların arxasında kim yaxud da kimlər dayanır?
Məsələ ilə bağlı TİA. Az-a geniş açıqlama verən politoloq Elşən Manafov bildirib ki, xaricdəki Azərbaycan səfirliklərinə olan hücumlar dövlətimizin xüsusi xidmət orqanlarinin bu məsələlərə xüsusi, çevik və operativ müdaxiləsini tələb edən problemlər sırasında olmalıdır:
“Azərbaycan səfirliklərinə hücumların adı çəkilən dövlətlərin ərazisindəki radikal erməni icmaları tərəfindən təşkil edilməsi ilə bağlı söylənilən fikirlər yalnız ehtimallardır, istintaq və məhkəmə yolu ilə bu hücumların radikal erməni təşkilatları tərəfindən təşkil edilmələri və icrası ilə bağlı dəlil və sübutlar yoxdur.
Diqqəti çəkən vacib məqamlardan biri yalnız bu dövlətlərin ərazisində strukturlaşmış, ciddi maliyyə resurslarına və lobbiçilik imkanlarına malik erməni təşkilatlarının olmasıdır. Bəllidir ki, hücumların həyata keçirdikləri dövlətlərin ərazisində olan bəlli təşkilatların, bütövlükdə erməni diasporunun həmin dövlətlərin parlament və hökumət qurumlarına bu və ya digər dərəcədə təsir imkanları var. Hücumların baş verdiyi dövlətlərdə talan və qarətlərə görə, diplomatik nümayəndə heyətlərimizin təhlükəsizliyinin təmin edilməsinə məsul olan bəlli qurumlar baş vermiş cinayətləri araşdırıb, cinayətkarları məsuliyyətə cəlb etməyiblər, bu isə təşviş doğurmaqla yanaşı suallar da doğurmaya bilmir, ilk baxışda belə təəssürat yaranır ki, cinayətkar ünsürlər müvafiq dövlət qurumlari ilə razilaşdirimiş şəkildə bu cinayətləri həyata keçiriblər. Cinayətlərin islamçı radikal qruplaşmalar tərəfindən həyata keçirilməsi ilə bağlı söylənilən fikirlər məhkəmə yolu ilə təsdiqini tapmayıb. İstisna deyil ki, baş vermiş hadisələrin arxasinda Qərbdəki bəlli qlobal maliyyə mərkəzlərinin batmağı və sifarişi olsun, zira Azərbaycanin müstəqil və çoxvektorlu xarici siyasəti, onun Qərbin təzyiqlərinə baxmayaraq Rusiya ilə münasibətlərinin məzmun və mahiyyəti Qərbdə bəlli dairələri rəsmi Bakiya bu sayaq mesajlar verməyə sövq edə bilər. Məsələn Azərbaycanın iki il əvvəl Ermənistanla məlum qarşidurmaya suruklənməsində Britaniyanın Mİ – 6 kəşfiyyatinin özunə məxsus rolu olmuşdur, diqqət yetirsək səfirliklərimizə hücumlar da məhz anqlo sakslarin ölkələrində həyata keçirilir. Bu günlərdə Krım körpüsündə baş vermiş terror aksiyasında istifadə edilmiş avtomobilin də azərbaycanlı iş adamına məxsus olması çoxlarında çaşqınlıq yaratdı, lakin Rusiya xüsusi xidmət orqanlarının apardığı araşdırmalardan sonra baş vermiş terror aksiyasında Mİ-6 iştiraki ilə bağlı dəlillər ortalığa çıxıb, hər şeydən göründüyü kimi Britaniya yenə də azərbaycanlı faktorunu qabartmaqla Rusiyanin Azərbaycanla münasibətlərinə bir şübhə toxumu səpməyə çalişir, məsələnin kökündə isə Xəzər nefti, Cənubi Qafqaz regionu, bu kimi məsələlərdə Azərbaycanin bu gün və gələcəkdə oynaya biləcəyi rol dayanir, Qərbin hətta Azərbaycan və Ermənistan arasında danışıqlarda təşəbbüsü ələ almaq, Rusiyanin bu məsələnin həllində moderator qismində imkanlarını məhdudlaşdırmaq üçün atdığı addımlar da göstərir ki, Cənubi Qafqaz uğrunda gedən geosiyasi mübarizədə Azərbaycanın sözü və siyasəti nüfuz edəcək faktor olduğundan tərəflərdən hər biri onu öz yanında görmək istəyir, tətbiq olunan vasitələr isə vacib deyil, vacib olanı Azərbaycanın müasir dövrün qlobal çağırışlarından birinə münasibətdə sərgiləyəcəyi mövqedir”,- politoloq bildirib.
Aytac
TİA. Az










