ABŞ 75 ölkənin vətəndaşlarına viza verməyi dayandırır

ABŞ 75 ölkənin vətəndaşlarına viza verməyi dayandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Rusiya, Somali, Misir və Nigeriya da daxil olmaqla 75 ölkənin vətəndaşlarına viza məhdudiyyətləri tətbiq edir.

Tribuna.az xarici mediaya istinadla xəbər verir ki, qərar Dövlət Departamentinin memorandumundan irəli gəlir. Sənəddə bildirilir ki, 75 ölkənin vətəndaşları üçün viza prosedurları dayandırılacaq.

Rusiyadan əlavə, siyahıya Somali, Əfqanıstan, Braziliya, İran, İraq, Tayland, Yəmən və digər ölkələr də daxildir.

Məhdudiyyətin 21 yanvar tarixində qüvvəyə minməsi və qeyri-müəyyən müddətə qüvvədə olması planlaşdırılır.

Dövlət Departamentinin sözçüsü Tommi Piqqot bildirib ki, məhdudiyyət nazirlik “əgər sosial təminat və dövlət müavinətləri alacaq xarici vətəndaşların ölkəyə daxil olmasının qarşısını almaq üçün immiqrasiya prosedurlarını nəzərdən keçirənə qədər” qüvvədə qalacaq.