Gecədən Bakıya yağan qarı səhər şaxtasında yaşı qadınlara təmizlədirlər.
Tribuna.az xəbər verir ki, sosial şəbəkə istifadəçisi Asəf Zeynallının paylaşdığı video ürəkləri sıxladıb. 60-da çox yaşı olan qadın şaxtalı və küləkli havada yol kənarında yığılıb qalmış, buzlaşmış qarı təmizləyir.
Görünür, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin bir texnikası yoxdu ki, belə havada insan əməyini onunla əvəz etsinlər. əmir bir gün Bakıya yağan qarı ahıl yaşda qadına təmizlədənlər yəqin yoldakə vəziyyətə də isti kabinetində oturaraq nəzarət edir.
Sosial şəbəkədə yayılan videonu şərh edən istifadəçilərdən biri bildirib ki, indi Ziya Bünyadov prospektində bütün kommunal işçilərini yola töküb, qar təmizlədirlər:
“Rəisləri ərazidə yoxdur. Təmizləyib telefonla çəkib, ona göndərirlər”.
A.Zeynallı isə bildirib ki, bu video Bakının yüksək səviyyədə qara hazır olduğunu göstərir:
“Heç olmasa belə havalarda əziyyət verməyin. Vicdanınız, insafınız olsun”.
Tribuna.az









