“Azərbaycan və Ermənistanın həvəslə həyata keçməsini gözlədikləri TRİPP layihəsi xeyli gecikir”. Tribuna.az xəbər verir ki, bunu erməni politoloq Suren Sarkisyan deyib.
O hesab edir ki, görülən tədbirlərə baxmayaraq, tikinti hələ başlamayıb. “Gecikmənin səbəblərindən biri İranla bağlıdır. Bu marşrutun yeri və strateji əhəmiyyəti Tehranda ciddi narahatlıq doğurub və Tehran layihə ilə razılaşmadığını açıq şəkildə bəyan edib. Amma Rusiya ilə dəmir yolu məsələsində Ermənistanın anlaşa bilməməsi də prosesi xeyli yubadır. Bu məsələnin asanlıqla başa gələcəyinə də ümid yoxdur”.
Fərda Uğur









