Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib

Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yelo Bank” ASC-də hüquqi şəxslərin depozitləri 2026-cı ilin ilk 9 ayında 18,26 milyon manat və ya 11,1% azalıb.

Tribuna.az-ın əldə etdiyi məlumata görə, ötən ilin sonunda bankda hüquqi şəxslərin depozitləri 163,78 milyon manat olduğu halda, bu il sentyabrın 30-na 145,52 milyon manata düşüb.

Bunun əksinə olaraq, fiziki şəxslərin depozitləri artıb. Belə ki, əhalinin bankdakı əmanətləri ilin əvvəlindən 15,2 milyon manat və ya 1,6% artaraq 945,75 milyon manata çatıb. Ötən ilin sonunda bu göstərici 930,54 milyon manat təşkil edirdi.

Nəticədə “Yelo Bank”ın ümumi depozit portfeli ilin əvvəlindən 3,06 milyon manat və ya 0,3% azalaraq 1 milyard 91,27 milyon manat olub.

Beləliklə, əhalinin əmanətlərində artım qeydə alınsa da, şirkətlərin depozitlərinin azalması bankın ümumi depozit portfelinin kiçilməsinə səbəb olub.

Qeyd edək ki, “Yelo Bank” 1994-cü ildən fəaliyyət göstərir. Bank 2019-cu ildən indiki adı ilə fəaliyyətini davam etdirir. Onun nizamnamə kapitalı 378 milyon manatdır. 2026-cı il sentyabrın 30-na bankın aktivləri 1,56 milyard manat, cəmi kapitalı isə 194,66 milyon manat təşkil edib.

Fərda Uğur