Lamine Yamalın anasının İstanbul paylaşımı gündəm oldu – FOTO

Lamine Yamalın anasının İstanbul paylaşımı gündəm oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur futbolçu Lamine Yamalın anası Şeyla Ebana İstanbul səfəri ilə diqqət çəkib. O, Türkiyədə keçirdiyi vaxtdan görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Tribuna.az xəbər verir ki, İspaniyanın “Barselona” klubunun gənc ulduzunun anası İstanbulda gəzintiyə çıxıb, şəhərin tarixi məkanlarını ziyarət edib və yerli mətbəxin təamlarını dadıb.

Türkiyə mediasının məlumatına görə, Şeyla Ebana “Qalatasaray”la “Barselona” arasında keçirilən UEFA Çempionlar Liqası matçından sonra İstanbulda qalıb. O həmçinin İstanbulun bazarlarını da gəzib. Sport geyimlər satılan mağazada oğlunun adı yazılan “Baraelona” formasının fotolarını çəkərək sosial şəbəkə səhifəsində paylaşıb.

Onun bu paylaşımı marağa səbəb olub.

Gülşən Rəsul