61 general ehtiyata buraxıldı – Türkiyədə

61 general ehtiyata buraxıldı – Türkiyədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Ali Hərbi Şuranın (YAŞ) iclasının qərarları açıqlanıb.

 Tribuna.az xəbər verir ki, qərara əsasən, avqustun 30-dan etibarən 25 general və admiral daha yüksək rütbəyə, 69 polkovnik isə general və admiral rütbəsinə yüksəldilib.

Bununla yanaşı, 24 generalın xidmət müddəti bir il, 530 polkovnikin xidmət müddəti isə iki il uzadılıb. İki general yaş həddinə görə, 61 general və admiral isə vakant vəzifələrin olmaması səbəbindən ehtiyata buraxılıb.

Qərara əsasən, Hərbi Hava Qüvvələrinin komandanı general Ziya Cemal Kadıoğlu təqaüdə göndərilib, onun yerinə general Rafet Dalkıran təyin edilib. Dəniz Qüvvələri Komandanı admiral Ərcümənt Tatlıoğlunun isə xidmət müddəti bir il uzadılıb.

Yeni qərarlardan sonra Türkiyə Silahlı Qüvvələrində general və admiralların ümumi sayı 328-dən 334-ə yüksələcək.