34 MİLYON İNSAN TƏHLÜKƏDƏ – BU ŞƏHƏRDƏ NƏ BAŞ VERİR?

34 MİLYON İNSAN TƏHLÜKƏDƏ – BU ŞƏHƏRDƏ NƏ BAŞ VERİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Kaliforniya ştatını daşqın və tufanlar vurub.

Tribuna.az xarici mediaya istinadən bildirir ki, daşqınlar nəticəsində Ölənlərin sayı 17-yə yüksəlib. Əyalətin bir çox məntəqəsi fəlakət bölgəsi elan edilib.

Can itkisi, evakuasiya əmrləri, elektrik enerjisinin kəsilməsi səbəbilə Kaliforniya fırtına və daşqın kabusu yaşayır.

Ştatda həyat iflic olub. Səlahiyyətlilər bildiriblər ki, ölümlərə daha çox yol qəzaları, ağacların aşması və hava şəraiti ilə bağlı daşqınlar səbəb olub. Ştat üzrə 34 milyon insanın “daşqın təhlükəsi” altında olduğu açıqlanıb.

Daşqın təhlükəsi səbəbindən ştatda minlərlə insan təxliyə edilib. CNN Beynəlxalq müxbiri Camila Bernal da CNN TÜRK yayımında əyalətdəki son durumdan danışıb.

“Heç vaxt belə leysan olmamışdı. Hər yeri su basır”, deyə müxbir bildirib.

Ştatda leysan yağışın həftə sonun da davam edəcəyi proqnozlaşdırılır.

Tribuna.az