“Cosa Nostra”nın mafiya başçısı Matteo Messina Denaro 30 il gizləndikdən sonra İtaliyada həbs edilib.
Tribuna.az Sky News-a istinadla xəbər verir ki, o, Palermoda müalicə aldığı özəl klinikalardan birində saxlanılıb.
Messina Denaro İtaliya şəhərlərində mafiyaya qarşı mübarizə aparan prokurorların qətlinə və silsilə terror aktlarına görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib. O, 30 il idi polisdən gizlənirdi.









