İtaliyada 30 ilə yaxın müddətdən sonra saxlanılan “Cosa Nostra” mafiya qruplaşmasının rəhbəri Matteo Messina Denaro xüsusi rejimli həbsxanaya köçürülüb.
Tribuna.az xarici mediaya istinadla xəbər verir ki, Palermoda keçirilən xüsusi əməliyyat nəticəsində yaxalanan mafiya liderinin hərbi təyyarə ilə LAquila şəhərinə aparıldığı və buradakı xüsusi rejimli həbsxanada tək nəfərlik kameraya yerləşdirildiyi bildirilir. Həmin həbsxananın seçilməsinin səbəblərindən biri də Denaronun xərçəng xəstəliyindən müalicəsini davam etdirə biləcəyi xəstəxanaya yaxın olmasıdır. Təhlükəsizlik qüvvələri mafiya liderinin saxlanılması üçün keçirilən əməliyyatda xüsusi vasitələrlə texniki izləmə, dinləmə və məlumat analizi aparıb.
İtaliya Prezidenti Sercio Mattarella Denaronun həbsini dövlətin əldə etdiyi böyük uğur adlandırıb.









