11 yaşlı qızına seksual hərəkətlər edilən şəxs həmin məktəbdə müəllimə işləyir – TƏFƏRRÜAT

11 yaşlı qızına seksual hərəkətlər edilən şəxs həmin məktəbdə müəllimə işləyir – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyi Sabirabadda məktəbdə 11 yaşlı qıza qarşı seksual hərəkətlər edilməsinə münasibət bildirib.

Məsələ ilə bağlı Mil-Muğan regional Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsi Vilayət Əliyev Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 11 yaşlı qızın anası həmin məktəbdə müəllimə işləyirmiş:

“Hadisə Sabirabad rayonu 1 saylı orta məktəbdə qeydə alınıb. Məktəbdə müəllimə işləyən qızın anası polisə müraciət edib. Müəllimə qızına qarş seksual hərəkətlər edən 9-cu sinif şagirdi oğlanın məktəbdən çıxarılmasını tələb edir. Hadisənin təsdiqlənməsi üçün polis şöbəsinə müraciət edib. İddia olunan məsələ ilə bağlı həm polis idarəsində, həm də təhsil şöbəsində araşdırma aparılır”.

O bildirib ki, iddialara baxmayaraq 9-cu sinifdə oxuyan oğlan belə bir hərəkət etmədiyini deyir:

“Oğlan amma deyir ki, belə bir hadisə olmayıb. Araşdırılır, fakt təsdiqini tapsa, müəllimənin tələbi elə oğlan başqa məktəbə keçiriləcək”.

***

09:29

Sabirabadda orta məktəbdə qız şagirdə qarşı seksual hərəkətlər edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayon mərkəzində olan 1 saylı orta məktəbdə qeydə alınıb. Bu barədə rayon sakini olan qadın Polis Şöbəsinə müraciətində bildirib.

Onun sözlərinə görə, məktəbin arxasında 9-cu sinif şagirdi olan oğlan 11 yaşlı qızına qarşı seksual hərəkətlər edib.

Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.