Yeni generallar kimlərdir? – Biri Vətən Müharibəsi Qəhrəmanıdır

Yeni generallar kimlərdir? – Biri Vətən Müharibəsi Qəhrəmanıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xitab24.az-ın məlumatına görə, “general-leytenant” hərbi rütbəsi verilən Zaur Rüstəmov Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Döyüş Kamandanının müavinidir.

Zaur Rüstəmov 1975-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində doğulub. Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb.

1992-ci ildə dövlət tərəfindən Türkiyəyə hərbi təhsil almaq üçün göndərilib. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçilərindən biri olaraq vətənə qayıdıb və xidmətə davam edib.

O, əsasən Su-24 və Miq-29 çoxməqsədli qırıcı təyyarələri ilə uçuşlar həyatə keçirib.

25 iyun 2022-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə Zaur Rüstəmova general-mayor ali hərbi rütbəsi verilib. İki il sonra isə o, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının müavini – Hava Döyüş komandiri vəzifəsinə təyin olunub.

Prezidentin sərəncamı ilə general-mayor ali hərbi rütbəsi verilən Elnur Ələsgərli isə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun rəhbəridir.

Dövlət başçısının sərəncamı ilə general-mayor rütbəsi alan Hikmət Əliyev isə Hərbi Hava Qüvvələrinin zabitidir. İki il öncə palkovnik rütbəsi verilən Əliyev, əslən Siyəzən rayonundandır.

Yeni general-mayor olan Telman Hüseynov isə Əlahiddə Ümumqoşun Ordu komandanının müavinidir. 1977-ci ildə Xankəndidə doğulan Hüseynov, Vətən Müharibəsi Qəhrəmanıdır.

2020-ci ildə, İkinci Qarabağ müharibəsində polkovnik Telman Hüseynovun kəşfiyyat şöbəsinin rəisi olduğu 2-ci Ordu Korpusunun kəşfiyyat bölmələri və tabeliyinə verilən digər bölmələr əsas zərbə istiqamətində düşmənin müdafiə səddini yarıb, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa şəhərlərinin azad edilməsində şücayəti ilə fərqlənib.