ABŞ vitse-prezidenti İranla yeni müqavilə imzalayıb?

ABŞ vitse-prezidenti İranla yeni müqavilə imzalayıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İranla münaqişəyə son qoyulması istiqamətində danışıqların ikinci həftəsinə başlayıb.

Tribuna.az xəbər verir ki, “Axios”un mənbələrə istinadən yaydığı məlumata görə, danışıqların əsas məqsədi yeni atəşkəs razılaşmasına nail olmaq və Tehranla nüvə dialoqunu bərpa etməkdir. Bununla belə, prosesin ləng irəlilədiyi, lakin müəyyən nəticələrin əldə olunduğu bildirilir.

ABŞ Prezidenti Donald Tramp Tehranla təmasları təsdiqləyib. Lakin eyni gün ABŞ ordusu Hörmüz boğazında yerləşən İranın Qeşm adasındakı yer-hava raket buraxılış qurğusuna zərbə endirib. Bildirilib ki, hücum ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarəyə həmin ərazidən raket atılmasına cavab olaraq həyata keçirilib.

Qeyd edək ki, “Fox News”un məlumatına görə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatları noyabrın 9-da bərpa edə biləcəyi ehtimal olunur.