Yeni Ceyms Bond o olacaq

Yeni Ceyms Bond o olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyalı aktyor Qari Oldman yeni Ceyms Bondun artıq seçildiyini, lakin aktyorun adının hələ açıqlanmadığını bildirib.

 Tribuna.az xəbər verir ki, Oldman bu barədə Kanadanın “The Morning Show” proqramına açıqlamasında danışıb.

Aktyor yeni 007-nin kimliyini açıqlamaqdan imtina edib. O, “Yavaş Atlar” serialında həmkarı Cek Loudeni Bond rolunda görmək istədiyini bildirib.

“Onun qısa siyahıda olduğu barədə şayiələr yayılmışdı. Bunu tezliklə biləcəyik. Aktyor artıq seçilib, amma hələ açıqlanmayıb”, – deyə Oldman qeyd edib.

Qeyd edək ki, yeni Ceyms Bond filmini hazırlayan “Amazon MGM Studios” Loudenin rol üçün seçildiyini təsdiqləməyib. Studiyanın açıqlamasına görə, Bond obrazı üçün hələ də bir neçə aktyor nəzərdən keçirilir.