Xameneinin dəfn mərasimini 67 min hərbçi və könüllü müşaiyət edəcək

Xameneinin dəfn mərasimini 67 min hərbçi və könüllü müşaiyət edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın öldürülən ali rəhbəri ayətullah Seyid Əli Xameneinin vida dəfn və vida mərasimini 67 min hərbi qulluqçu və könüllü müşayiət edəcək.

Tribuna.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti bildirib.

Bildirilib ki, cəmiyyət Seyid Əli Xameneinin dəfn mərasimi ilə bağlı tədbirlərə dair bəyanat yayıb.

Açıqlamaya əsasən, mərasimə gələnlər 10-dan artıq əvvəlcədən təyin olunmuş əyalətdə yerləşdiriləcək.

Məlumata görə, iştiraçıların məskunlaşması üçün 2 milyondan çox müvəqqəti yer proqnozlaşdırılıb.

Açıqlamada bildirilib ki, müşayiətçilərin 37 mini humanitar və könüllü, 30 mini isə hərbi qulluqçudur. İranın Qum, Xorasan-Rəzəvi əyalətlərində və İraqda Qızıl Ayparanın mərasimlərin işıqlandırılması qaydası barədə məlumatın sonradan elan ediləcəyi bildirilib.