İranda İslam İnqilabının ali lideri ayətullah Seyid Əli Xamenei ilə vida mərasimi başlayıb.
Tribuna.az məlumat verir ki, tabut Tehranda İmam Xomeyni ziyarətgahının yaxınlığında keçirilən mərasim yerinə cənazə maşını ilə gətirilib.
Xatırladaq ki, vida mərasimində Azərbaycanı parlamentin sədri Sahibə Qafarova təmsil edir. Təxminən 100 ölkədən nümayəndə gələcəyi gözlənilir.
Xamenei ailəsi ilə birlikdə 28 fevral hücumunda həlak olub.
Həsən Ağa









