Vatsapda yeni dövr başlayır

Vatsapda yeni dövr başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən populyar mesajlaşma platformalarından biri olan vatsapda rəhbərlik dəyişikliyi baş verib.

Tribuna.az xəbər verir ki, təxminən yeddi ildir tətbiqə rəhbərlik edən Uill Ketkart vəzifəsindən ayrılıb, onun yerinə Hindistanın CRED fintex şirkətinin qurucusu Kunal Şah təyin olunub.“Meta” rəhbəri Mark Zukerberq bildirib ki, Ketkart şirkət daxilində yeni məhsulların hazırlanması ilə məşğul olacaq. O, Ketkartın vatsapın istifadəçi sayını 3 milyardı keçirməsində və platformada məxfiliyin qorunmasına verdiyi töhfələri xüsusi vurğulayıb.

Yeni rəhbər Kunal Şah Hindistanın aparıcı fintex şirkətlərindən biri olan CRED-in təsisçisidir. Mark Zukerberq onun qlobal baxışa və innovativ idarəetmə təcrübəsinə malik olduğunu bildirərək, bu xüsusiyyətlərin vatsapın gələcək inkişafı üçün mühüm rol oynayacağını qeyd edib.

Rəhbərlik dəyişikliyi “Meta”nın CRED-ə 900 milyon dollarlıq investisiya yatıraraq, şirkətdə 20 faiz pay əldə etməsi ilə eyni vaxta təsadüf edib. Kunal Şah CRED-in gündəlik idarəçiliyindən ayrılsa da, şirkətdəki səhmlərini qoruyacağını açıqlayıb. O, həmçinin “Meta”nın azlıq səhmdarı olmasına baxmayaraq, CRED istifadəçilərinin məlumatlarına çıxış əldə etməyəcəyini bildirib.