Varşavadan Moskva ilə bağlı sərt qərar: sərhəd bağlana bilər

Varşavadan Moskva ilə bağlı sərt qərar: sərhəd bağlana bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlamağa hazırdır.

Tribuna.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşanın baş nazir müavini, milli müdafiə naziri Vladislav Kosinyak-Kamış açıqlayıb.

Nazirin sözlərinə görə, zərurət yaranacağı təqdirdə ölkənin Rusiya və Belarusla şərq sərhədindəki bütün keçid məntəqələri bağlana bilər.

“Bunun üçün artıq lazımi avadanlıqlarımız var”, – Kosinyak-Kamış bildirib.

Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik isə sərhəd keçidlərinin bloklanmasının 7-14 gün çəkə biləcəyini deyib. Onun sözlərinə görə, Varşava bu məqsədlə minalar da alır.

Polşa rəsmiləri bu hazırlıqların ölkənin “Şərq qalxanı” (“Tarcza Wschód”) müdafiə proqramı çərçivəsində həyata keçirildiyini bildirirlər.

2024-cü ildə başladılan layihə Polşanın Rusiya və Belarusla sərhədlərində xəndəklər, mina sahələri, tank əleyhinə maneələr və müşahidə sistemlərindən ibarət müdafiə xəttinin yaradılmasını nəzərdə tutur.

Polşa daha əvvəl “Şərq qalxanı”nın sərhəddə kifayət qədər effektiv olmadığını bildirən açıqlamalarla da çıxış edib.

İmran Kərimli