Tribuna.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda sıxlıq olan yolların siyahısını təqdim edirik:
Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;
1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından şəhər mərkəzi istiqamətində;
Yusif Səfərov küçəsi, şəhər mərkəzi istiqamətində;
Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində;
Zərifə Əliyeva küçəsi;
28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər.
Sürücülərə yollardakı vəziyyəti nəzərə almaları və hərəkət zamanı diqqətli olmaları tövsiyə olunur.
Gülşən Rəsul









