Kəmaləddin Heydərov Salyanın rəisini dəyişdi

Kəmaləddin Heydərov Salyanın rəisini dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

Tribuna.az Qaynarinfo-ya istinadən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Vüsal Yolçiyev tutduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib.

Onun yerinə Nəcəfov Gülhüseyn Müşfiq oğlu təyin edilib.

Qeyd edək ki, Vüsal Yolçiyev ötən ilin aprel ayında Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini vəzifəsindən azad edilərək Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin olunmuşdu.