Hikmət Hacıyev: Süni intellekt və sosial medialar real həqiqətin tapılmasını çətinləşdirir

Hikmət Hacıyev: Süni intellekt və sosial medialar real həqiqətin tapılmasını çətinləşdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Süni intellekt və sosial medialar real həqiqətin tapılmasını çətinləşdirir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.
Prezidentin köməkçisi bildirib ki, dezinformasiya və misinformasiya yeni fenomen deyil: “Dezinformasiya və misinformasiya hibrid strategiyanın bir hissəsinə çevrilir. Bütün fundamental prinsiplərdə buna baxmalıyıq. Beynəlxalq hüququn qaydaları tətbiq olunanda ölkənin daxili işlərinə müdaxilə etməmə prinsipi nəzərdə tutulurdu. Bu, fiziki müdaxiləni nəzərdə tuturdu. Artıq, fiziki olmasa da, ölkənin daxili işinə müdaxilə edilə bilir. Ona görə bu prinsipə baxılmalıdır. Azərbaycana qarşı dezinformasiyanın qarşısını almaq üçün öz sistemimizi qurmuşuq. CNN-in bu yaxınlarda ölkəmizə qarşı yaydığı xəbərlə bağlı biz beynəlxalq məhkəməyə müraciət etmişdik. Süni intellekt dezinformasiyada rol oynayır. Bu gün qlobal gündəmə məlumatların yanlış şəkildə aşılanması da buna mənfi təsir göstərir”.