Ukraynanın Müdafiə Qüvvələri Rusiyaya məxsus Mi-28 “Gecə ovçusu” hücum helikopterini vurub.
Tribuna.az xəbər verir ki, bu barədə Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (“Madyar”) özünün Telegram kanalında məlumat verib.
“Mi-28 “Gecə ovçusu” burnu üstə yerə çırpıldı”, – deyə o, özünəməxsus yumorla yazıb.
Madyarın sözlərinə görə, helikopter Rusiyanın Belqorod vilayətinin Vyazovoye yaşayış məntəqəsi yaxınlığında Pilotsuz Sistemlər Qüvvələrinin 427-ci “Raroq” əlahiddə briqadasının döyüşçüləri tərəfindən vurulub.
Komandan hadisə ilə bağlı videonu da yayımlayıb. Kadrlarda Ukraynaya məxsus pilotsuz uçuş aparatının Mi-28 helikopterinə yaxınlaşaraq ona zərbə endirdiyi görünür.
Mi-28 “Gecə ovçusu” Rusiya istehsalı olan hücum helikopteridir və zirehli texnikaya, canlı qüvvəyə, eləcə də aşağı hündürlükdə uçan hava hədəflərinə qarşı istifadə olunur.
İmran Kərimli









