Ukrayna Rusiyanın neft emalı zavodunu VURDU – VİDEO

Ukrayna Rusiyanın neft emalı zavodunu VURDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin dronları Omsk vilayətindəki neft emalı zavoduna zərbə endirib.

 Tribuna.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Vitali Xotsenko özünün “Telegram” kanalında məlumat verib.

“Düşmən PUA-ları Omsk neft emalı zavoduna hücum edib. Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri dronların əksəriyyətini məhv edib”, – deyə o yazıb.

İlkin məlumatlara görə, itki yoxdur. Hadisə yerində təcili yardım xidmətləri işləyir. Qubernator sakinlərdən dağıntılara yaxınlaşmamağı, video və ya şəkil çəkməməyi xahiş edib.