Ukrayna Rusiyanın neft bazasına zərbə endirib

Ukrayna Rusiyanın neft bazasına zərbə endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz uçuş aparatları təxminən 500 km məsafə qət edərək Rusiyanın Pskov vilayətindəki neft bazasına hücum edib.

Bu barədə “RBK-Ukrayna” mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, bu gecə “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzinin PUA-ları Rusiyanın Pskov vilayətində yerləşən “Velikolukskaya” neft bazasını vurub.

Nəticədə ən azı dörd partlayış qeydə alınıb, bundan sonra genişmiqyaslı yanğın başlayıb.

“Velikolukskaya” neft bazası Rusiya-Belarus sərhədindən 50 km və Ukrayna ilə sərhəddən 200 km məsafədə yerləşir. Neft bazasında dizel yanacağı, benzin və digər neft məhsulları saxlanılır.

Sənan Məmmədli